AZ

Netanyahudan Qətərin ünvanına ağır ittiham: Ya onları qovun, ya da...

İsrailin baş naziri Benyamin Netanyahu Dohada HƏMAS liderlərinə hücumlardan sonra ilk dəfə Qətərin adını çəkərək, bu ölkənin hakimiyyətini terrorçulara sığınacaq verməkdə ittiham edib.

Publika.az xəbər verir ki, bu barədə müvafiq bəyanatı baş nazirlik aparatı yayıb.

"Terrorçulara sığınacaq verən bütün ölkələr, ya onları qovun, ya da məsuliyyətə cəlb edin. Siz etməsəniz, biz edəcəyik!", - deyə İsrail lideri bildirib.

O, çıxışında Fələstin hərəkatının Siyasi Büro üzvlərinə hücumla ABŞ kəşfiyyat orqanlarının 11 sentyabr hücumlarından sonra Əfqanıstanda “Əl-Qaidə”yə qarşı əməliyyatları, həmçinin Pakistanda Üsamə bin Ladenin məhv edilməsi arasında paralellər aparıb.

Netanyahunun sözlərinə görə, İsrail ordusu 2023-cü il oktyabrın 7-də baş vermiş hadisələrin təşkilatçılarını təqib etməkdə oxşar prinsip əsasında hərəkət edib. İsrailin baş naziri həmçinin Qətəri təkcə sığınacaq verməkdə deyil, həm də HƏMAS-ı maliyyələşdirməkdə ittiham edib.

Seçilən
12
publika.az

1Mənbələr