Binəqədi rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Herbiand.az -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, “Baksol yolu” deyilən ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.