AZ

Nazir: Hazırda sahələrin 10-11 faizi müasir suvarma sistemi ilə təmin olunub VİDEO

Bakı, 11 sentyabr, AZƏRTAC

Kənd təsərrüfatını susuz təsəvvür etmək mümkün deyil. Azərbaycan 2023-cü ildə quraqlıqla üz-üzə qaldı. 178 min hektar sahə quraqlıqdan məhv olmuşdu. Bu, bizim üçün bir işarədir. Nəzərə almalıyıq ki, ildən-ilə yağışların intensivliyi və həcmi azalır.

AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında deyib.

O bildirib ki, Azərbaycan su ehtiyatlarının 70 faizi ölkədən xaricdə formalaşır.

“Bu gün su itkisi bir insan həyatı ilə bərabər tutulmalıdır. Beynəlxalq Təbii Ehtiyatlar İnstitutunun 2040-cı il üçün hazırladığı hesabatda quraqlıqdan əziyyət çəkəcək ölkələr arasında Azərbaycanın 33 ölkə arasında 18-cidir. 5-10 il sonra su qıtlığı ilə qarşılaşmamaq üçün biz siyasətimizi formalaşdırmağa çalışırıq. Ölkədə təxminən 1,4 milyon hektar suvarılan sahəmiz var. 2023-cü ildə suvarılan bu sahələrin 4 faizi, bu gün təxminən 10-11 faizi müasir suvarma sistemi ilə təmin olunub. Bu, çox azdır, biz bunu daha çox genişləndirməliyik. Son 6 ildə Azərbaycanda 45 min hektardan çox sahə müasir suvarma sistemi ilə təmin edilib. Bu ilin altı ayında isə təxminən, 2 min hektardan çox sahə müasir suvarma sistemi ilə təmin olunub”, - deyə nazir qeyd edib.

 

Seçilən
46
4
azertag.az

5Mənbələr