AZ

İmişli sakini İcra Hakimiyyəti nümayəndəsindən ŞİKAYƏTÇİDİR VİDEO

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

İmişli rayonu, Qaragüvəndikli kənd sakini Əhmədzadə Rafiq İxtiyar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ülvi Abbasov rüşvətlə insanlara arayış verir:

“Mən, Əhmədzadə Rafiq İxtiyar oğlu, yazaraq sizdən xahiş edirəm ki, müraciətimi işıqlandırasınız.

Bildirim ki, İmişli Rayon İcra Hakimiyyətindən heç bir sənədi pul vermədən almaq olmur. Bunun sübutunu sizə videolarla təsdiq edə bilərəm.

Biabırçı vəziyyətdir, imkan var, ya yox, düşünmürlər. Ancaq "ver" deyirlər.

Mən sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm, Ülvi Abbasovun işi barəsində bir tədbir görülsün.

Çəkdiyim video-görüntüləri sizlərə təqdim edirəm".

Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ülvi Abbasovla əlaqə saxladıq. O bildirdi ki, barəsində səslənən ittihamlar qərəzli və qurmadır: "İş hüquqi qüvvəsini artıq tapıb. Məsələ ilə bağlı aidiyyəti qurum - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi araşdırma aprıb və nəticə barəsində isə tədbir görmüşdür".  

Jalə FAMİLQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
hurriyyet.az

2Mənbələr