AZ

Müəllimlər sinif təmirinə məcbur edilə bilməz - Nazir

Məktəblərdə müəllimlər sinif otaqlarının təmirinə məcbur edilə bilməz. 

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində çıxışı zamanı qeyd edib.

O bildirib ki, bu qanunsuzdur, ancaq könüllü təmir etmək istədikdə mümkün olar:

"Məcburiyyət olarsa, həmin müəllimlər nazirliyə rəsmi şikayət yazır. Nazirliyin əməkdaşı direktorla söhbət aparır. Direktor isə səhv anlaşılma iddiası ilə çıxış edir. Arada konflikt yaranlr. Amma məsələ birmənalı qanunsuzdur".

Seçilən
17
2
azedu.az

5Mənbələr