AZ

İrəvan Moskva ilə bacarmır: Ermənistan bu məsələdə geri addım atdı

Rusiya Silahlı Qüvvələrinin bazası Gümrü şəhərindən çıxarılmayacaq.

Publika.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib.

"Hazırda biz Rusiya hərbi bazasının çıxarılması məsələsini müzakirə etmirik. Bizdə belə müzakirələr olmayıb və bu barədə yeni heç nə deyə bilmərəm", - Simonyan bildirib.

Qeyd edək ki, avqust ayında Gümrüdə Rusiya hərbi bazasına qarşı etiraz aksiyası keçirilib. “Respublika adına” partiyasından olan etirazçılar və onların tərəfdarları Ermənistan hökumətindən Rusiya kontingentinin ölkədən çıxarılmasını tələb ediblər.

Xatırladaq ki, bundan əvvəl erməni deputat Tiqran Abramyan bəyan edib ki, İrəvan və Bakı Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsini razılaşdıra bilər. O əlavə edib ki, Azərbaycan bununla bağlı başqa bir ilkin şərt irəli sürür ki, bu da hər hansı digər ölkənin Ermənistan ərazisində hərbi mövcudluğundan imtina etməsi ilə bağlıdır.

Seçilən
11
publika.az

1Mənbələr