AZ

İRİA: Azərbaycanlı gənclərə qlobal layihələrdə təcrübə qazanmaq fürsəti veriləcək  

Biz ölkədə İT təşkilatlarının, o cümlədən beynəlxalq İT qurumlarının yerləşməsini, formalaşmasını və bununla da bilik və bacarıqlara malik peşəkar mütəxəssislərin yetişdirilməsini, onların əmək bazarına sürətli inteqrasiyasını dəstəkləyirik.

AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov deyib.

“Bu gün beynəlxalq İT şirkəti olan “Andersen Lab” ilə birgə Azərbaycanda müvafiq mərkəzin açılışını qeyd edirik. Artıq təlim proqramı başlayıb. Bu, ölkəmizin İT ixrac potensialını gücləndirəcək, əmək bazarına peşəkar mütəxəssislərin daha sürətli daxil olmasına imkan yaradacaq. Eyni zamanda, "Anderson Lab"ın beynəlxalq mərkəzləri vasitəsilə azərbaycanlı gənclərə qlobal layihələrdə təcrübə qazanmaq fürsəti veriləcək”, – deyə Fərid Osmanov bildirib.

İRİA sədrinin sözlərinə görə, layihənin yalnız Bakı ilə məhdudlaşması nəzərdə tutulmur: “Artıq aparılan danışıqlara əsasən, bu təşəbbüs ölkənin regionlarında da həyata keçiriləcək. Bundan əlavə, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində sistemli işlər aparılır”.

 

Seçilən
6
1
azerbaijan-news.az

2Mənbələr