1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Abşeron rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Saray qəsəbəsi ərazisində baş verib. "Mitsubishi Pajero" avtomobilinin yolda qəfil dayanması nəticəsində "Mercedes-Benz", "Hyundai" və "Ford" markalı minik avtomobilləri bir-birinə dəyib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinin hamısına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.




Samir Əli