I Liqada mübarizə aparan "Mingəçevir" köklü dəyişikliklərə gedib.
Klub adını "ASTA Mingəçevir" olaraq yeniləyib. Həmçinin komandanın loqosu dəyişdirilib.
Sportinfo.az xəbər verir ki, "ASTA Mingəçevir" bu gün daha 6 transferini açıqlayıb.
Samir Abdullayev, Rimas Kerimi, Məhəmməd Kadiri, Cabir Əmirli, Məhəmməd Səfərov və Kennet Kalungayı heyətinə cəlb edən klub daha öncə də 6 transfer də açıqlamışdı.