AZ

Latviya Belarus və Rusiya ilə hava məkanını bağlayır

Latviya bu gündən etibarən Belarus və Rusiya ilə sərhəd boyunca hava məkanını bağlayır.

"Report" xəbər verir ki, bu barədə Latviya KİV-ləri ölkənin müdafiə naziri Andris Sprudsa istinadən bildirib.

"Sentyabrın 11-də saat 18:00-dan etibarən şərq sərhədi üzərində uçuşlar ən azı bir həftə qadağan ediləcək", - Spruds bildirib.

Latviyanın müdafiə naziri izah edib ki, Belarus və Rusiya ilə sərhəddəki hava məkanı zonası risklərin qiymətləndirilməsindən sonra Milli Silahlı Qüvvələrin tövsiyəsi ilə bağlanıb.

"Çərşənbə günü Polşada baş verən hadisələr NATO-nun hava məkanının açıq şəkildə pozulmasıdır və Latviya müvafiq şəkildə hərəkət etməlidir. Hazırda Latviyaya qarşı birbaşa təhdid olmasa da, preventiv tədbirlər zəruridir", - o deyib.

Seçilən
3
1
qaziler.az

2Mənbələr