AZ

Baş nazir siyasi partiyalarla bağlı qərar imzaladı –HANSI QAYDA DƏYİŞİR?

"Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası"nda dəyişiklik edilib.

 

Senzor.az bildirir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. 

 

Qərara əsasən, siyasi partiyalar tərəfindən maliyyə hesabatı hər il aprelin 1-dən gec olmayaraq, hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan siyasi partiya auditor rəyi ilə birlikdə maliyyə vəziyyəti haqqında hesabat, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasət və izahlı qeydlər, maliyyə fəaliyyəti olmayan siyasi partiya yalnız maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayışı göstərməklə Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

 

Maliyyə hesabatı və arayış siyasi partiyanın rəhbəri (siyasi partiyanın sədri, siyasi partiyada sədr vəzifəsi olmadığı halda, partiyanın qurultayarası kollegial idarəetmə orqanının rəhbəri) və baş mühasibi tərəfindən imzalanmalı və siyasi partiyanın möhürü ilə təsdiq edilməlidir.

 

Seçilən
13
18
senzor.az

10Mənbələr