AZ

Daş qaş içində “üzən” müğənnilər: Görməmişliyin sərhədi görünmür Ekspert

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"İlhamə Quliyevanın görün nə qədər qızılı, daş-qaşı vardı, kimə qaldı? Son halını hamı gördü. İnsana pul da lazımdır, qızıl da, amma bunlar başqalarına görk üçün deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Anar Vəziroğlu müğənni Təranə Qumralın 100 minlik brilyantlarını nümayiş etdirməsindən danışarkən deyib. Ekspert bildirib ki, bunlar hamısı sənətçinin bazasının olmamasından irəli gəlir:

"Müğənni özbaşına deyil ki, onları danışdıranlar var. Bunlar hamısı şou üçündür. Aparıcının, müğənninin bazası olmalıdır, bu olmayanda nə istəsələr, danışırlar. Daş-qaşı önə çəkirlər, hətta ayaqlarına bağladıqları qızıl zəncirləri də göstərirlər. Elə təqdim edirlər ki, guya daş-qaşın içində üzürlər. Mənim də nəvəm baxır və deyir ki, böyüyəndə müğənni olacam. Niyə? Onların daş-qaşları çoxdur. Görməmiş adamlarda bu, mütləq biruzə verir. Elə bil yiyəsiz dünyadır, belə cəmiyyət olar? Onların qarşısını alan yoxdur. Bunlar rayonda yaşayan ac-yalavac adamları fikirləşmirlər. Onlar övladlarına cehiz vermək, toy etmək üçün bir qəpik tapmırlar. Bu gün gündəmdə 5-10 müğənni var, bütün günü daş-qaşlarını nümayiş etdirirlər. Bir-biri ilə bəhsə girirlər, ancaq şou üçün işləyirlər. Üz-üzə gələndə isə bir-birinə salam vermək istəmirlər. Onlar üçün müqəddəs heç nə yoxdur”.

Anar Vəziroğlu qeyd edib ki, müğənnilərin əksəriyyəti Moskvaya gedərkən yalan informasiya yayır:

"Deyir ki, Moskvada konsertim olacaq. Yalançının atasına lənət, Moskvaya toya gedirlər. Hamısı qabaqcadan qurulan  şoulardır. Həmişə demişəm, təmiz taxılın içində tək-tük sünbüllər olur.  Yaxşı ki, tək-tük adamlarımız var. Onların hesabına yaşayırıq. Almaniyada suyun içindən qatar gedir, Azərbaycanda isə müğənnilərin daş-qaşları müzakirə mövzusu olur. Vallah bəlkə də həmin qızıllar onların özlərinin deyil, kimdənsə bir günlüyə birovuz götürüb ki, rəqfiqələrinə nümayiş etdirsin. Nədir-nədir, kimisə yandıracaq, acıq verəcək və s.”. 

Qeyd edək ki, müğənni Təranə Qumral yenidən tənqid edilib. Müğənni "Tarixin bir günü” verilişində ziynət əşyalarının qiymətini açıqlayıb. O, 100 min manat dəyərində brilyantının olduğunu deyib.

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
qaynarinfo.az

1Mənbələr