AZ

“6 saat işləyən müəllimin maaşı yüksək ola bilməz” –Nazir maaş azlığını belə izah etdi

“Kişi müəllimlərin sayının artırılması üçün xüsusi planımız yoxdur“.

AzPost “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

E.Əmrullayev bildirib ki, müəllimlik tam ştatlı iş olmalıdır: “Məktəblərdə kişi-qadın paylanması qeyri-bərabərdir. Bizdə müəllim işi qadın üçün “mükəmməl” işdir.

Çünki məktəbdə bir müəllim üçün ayrılan dərs saatı azdır. 4-6 saat işləyən müəllimin maaşı yüksək ola bilməz. Bunun əsas səbəbi vaxtilə həddindən çox müəllimin işə götürülməsidir”, – deyə nazir qeyd edib.

Nazir bildirib ki, bir çox hallarda regionlarda, kəndlərdə ən yaxşı iş yeri məktəblərdir: “Bu proses belə davam etsə, gələcəkdə kişi müəllimlər də tədrisə cəlb olunacaqlar. Amma burada əsas məsələ qadın-kişi məsələsi deyil, savadlı müəllim olmasıdır”.

AzPost.az

Seçilən
16
1
azpost.info

2Mənbələr