AZ

Ukrayna qırıcıları Rusiyanın Qara dəniz donanmasının bahalı gəmisini vurdu

Qara dəniz sularında Novorossiysk yaxınlığında Ukrayna hərbçiləri Rusiyanın Qara Dəniz Donanmasının gəmisini izləyərək sıradan çıxarıblar.

Tribunainfo.az-ın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Telegram” kanalı məlumat verib.

Kəşfiyyatçıların verdiyi məlumata görə, Qara dənizdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Rusiyanın daha bir bahalı hərbi hədəfini – Rusiya Qara Dəniz Donanmasından “MPSV07” çoxfunksiyalı gəmilər layihəsinin gəmisini izləyib və uğurla hücum edib.

Bildirilir ki, Rusiya bu gəmini 2015-ci ildə istifadəyə verib. Gəminin qiyməti təxminən 60 milyon dollar təşkil edir və Rusiya donanmasında cəmi dörd belə gəmi var.

Qeyd edilib ki, hücum zamanı Rusiya gəmisi Novorossiysk buxtası yaxınlığında patrul xidməti həyata keçirirmiş və elektron kəşfiyyat işləri aparırmış.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Ukraynaya məxsus döyüş pilotsuz uçuş aparatı naviqasiya və rabitə vasitələrinin yerləşdiyi idarəetmə körpüsünə zərbə vurub.

Hücum nəticəsində radioelektron kəşfiyyat avadanlığı məhv edilib, gəmi isə sıradan çıxıb və bahalı təmirə ehtiyacı var.

Seçilən
11
3
tribunainfo.az

4Mənbələr