Latviya Rusiya və Belarusla şərq sərhədindəki hava məkanını bir həftə müddətinə bağlayıb.
Bu barədə ölkənin müdafiə naziri Andris Spruds X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
"Hava məkanı zonası bu gündən saat 18:00-dan ən azı bir həftə - sentyabrın 18-dək bağlanacaq", - o yazıb.
Nazir əlavə edib ki, qərar Belarusda keçiriləcək “Zapad-2025” Rusiya-Belarus təlimləri kontekstində qəbul edilib. Sprudsun fikrincə, bu, Latviya hərbçilərinə hava məkanına daha effektiv nəzarət etməyə və icazəsiz obyektlərin aşkarlanmasını sadələşdirməyə imkan verəcək.