AZ

Doha İslam və Ərəb liderlərinin sammitinə ev sahibliyi edəcək

İsrailin Dohaya hücumuna cavab olaraq sentyabrın 14-15-də Qətərin paytaxtında ərəb və islam liderlərinin fövqəladə sammiti keçiriləcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin Milli Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Xarici İşlər Nazirliyi Qətərin xarici işlər nazirlərinin hazırlıq iclası keçirəcək. 

Sentyabrın 14-15-də isə Dohada Ərəb-İslam sammiti keçiriləcək və sammitdə İsrailin Qətərə hücumu müzakirə ediləcək.

İslam və ərəb ölkələrinin hansı liderlərinin sammitdə iştirak edəcəyi barədə hələlik məlumat yoxdur.

Gülşən Şərif

Seçilən
85
bakivaxti.az

1Mənbələr