AZ

NATO Rumıniyada 5 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlər keçirir

Rumıniyada NATO-nun bir neçə üzv ölkəsindən 5 minə yaxın hərbçinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayır.

“İki sahil” bu barədə yerli KİV-ə istinadən məlumat verir.

Təlimlər NATO-nun üzv dövlətinə hücumun imitasiyasını və müttəfiqlərin əlaqələndirilmiş yardımını nəzərdə tutur.

Manevrlərdə Rumıniya hərbçiləri ilə yanaşı, Fransa, Belçika, İspaniya, Lüksemburq və Portuqaliyadan olan hərbçilər də iştirak edir. Onların texnika və bölmələri noyabrın sonunadək Rumıniyada qalacaq.

Bir neçə ay davam edəcək təlimlər NATO-nun şərq cinahının müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlib.

Seçilən
65
ikisahil.az

1Mənbələr