AZ

İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil

Pop diva Aygün Kazımovanın özü kimi müğənni qızı İlqarə Kazımova uzun zaman sonra efirə çıxıb.
 
O, "Öz aramızda" verilişində maraqlı açıqlamalar edib.
 
İlqarə gec-gec görünməsinin səbəblərini açıqlayıb:
 
"Mən bütün televiziya kanallarına və aparıcılarına təşəkkür edirəm ki, verilişlərə dəvət edirlər. Efirlərə çıxmamağımın bir çox səbəbləri var. Bunlardan birincisi odur ki, mən bunu sevmirəm. Səhnədə mahnı oxumaq məncə çıxıb verilişdə hansısa mövzu haqqında danışmaqdan yaxşıdır. Bu mənim marağımda da deyil. İkinci səbəb də budur ki, əlimdə material, yeni iş olmadan tamaşaçı qarşısına çıxmağı sevmirəm. İrəlidə çox gözəl mahnılar və işlərimiz var. Bir-bir hamısı çıxacaq".
 
 

Seçilən
9
7news.az

1Mənbələr