AZ

Belarusda 50 dən çox siyasi məhbus azadlığa buraxılıb

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Aleksandr LukaşenkoBelarus prezidenti Aleksandr Lukaşenko 52 siyasi məhbusu azad edib. Onlar artıq Belarus sərhədini keçərək Litvaya gəliblər.Reyting.az xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda bəyan edib.Nausedanın sözlərinə görə, azad edilən məhbuslar arasında 6 Litva vətəndaşı da var."Bu gün 52 məhbus tikanlı məftillər, barmaqlıqlı pəncərələr və daimi qorxu arxasında Belarusdan Litva sərhədini təhlükəsiz keçib", - Litva prezidenti qeyd edib.O, ABŞ prezidenti Donald Trampa Belarusdan olan məhbusların azad edilməsinə şərait yaratdığına görə təşəkkürünü bildirib."Lakin Belarus həbsxanalarında hələ də 1000-dən çox siyasi məhbus var və biz onlar azad olunana qədər dayana bilmərik", - Nauseda vurğulayıb.ABŞ-nın Belarusun dövlət aviaşirkəti “Belavia”-ya qarşı sanksiyaları ləğv etdiyi də məlum olub.Xatırladaq ki, Tramp avqustun 15-də Alyaskada Putinlə görüşündən əvvəl Lukaşenko ilə gözəl söhbət etdiyini demişdi.ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
reyting.az

2Mənbələr