Latviya Rusiya və Belarusla sərhəd üzərində hava məkanını tamamilə bağlayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin rəhbəri Andris Sprudsa məlumat yayıb.
Nazir bildirib ki, qərar bu gündən etibarən qüvvəyə minəcək. Onun sözlərinə görə, sərhəddən uçuşlar ən azı bir həftə qadağan ediləcək.