AZ

Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri… – Şok fakt

İsrail təyyarələri Qətəri vurmaq üçün yaxınlaşır. Qətərdəki hərbi bazadan qalxan ingilis təyyarəsi isə İsrail təyyarələrini yanacaqla təmin edir. İsrail Dohanı vurur, ingilis təyyarəsi heç nə olmamış kimi Qətərdəki bazaya geri qayıdır.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev qeyd edib.

“Qətərdəki hərbi baza Qətəri qorumaq üçün deyil? Qətərin trilyonlarla pul xərcləyib aldığı hava müdafiə sistemləri və silahlar nə üçündür? Kimə tabedir və nəyə xidmət edir?

Britaniya təyyarəsi niyə İsrailə Qətəri vurmaqda kömək edir?” – politoloq sual edib.

Qeyd edək ki, 9 sentyabrda İsrail hava qüvvələri Qətərin paytaxtı Dohaya HƏMAS rəhbərliyini hədəf alan zərbə endirib.

Seçilən
27
5
konkret.az

6Mənbələr