ain.az, Oxumeni.az saytına istinadən bildirir.
Türkiyədə “Can Holdinq” media holdinqinə qarşı genişmiqyaslı əməliyyat keçirilib
Türkiyədə “Can Holdinq” media holdinqinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Türkiyə mətbuatı xəbər verir ki, nəticədə aralarında Habertürk, Show TV və Bloomberg HT telekanalları da daxil olmaqla 121 şirkət dövlətin nəzarətinə keçib.
İstanbul Prokurorluğu holdinq rəhbərliyini cinayət təşkilatı yaratmaqda, qaçaqmalçılıqda, dələduzluqda və çirkli pulların yuyulmasında ittiham edib. İş üzrə 10 əsas təqsirləndirilən şəxs nəzarətə götürülüb və bütün ofislərdə axtarışlar aparılır.
MASAK maliyyə kəşfiyyatına görə, media, təhsil, maliyyə və enerji sektorlarına yönəldilmiş holdinq vasitəsilə milyardlarla lirə yuyulub. Şirkətlərin bütün aktivlərinə həbs qoyularaq Əmanət Sığorta Fondunun (TMSF) idarəçiliyinə verilib.
Türkiyə hakimiyyəti strukturun fəaliyyətinin ölkənin iqtisadi təhlükəsizliyini təhdid etdiyini bəyan edib.
Əziz MUSTAFA
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.