AZ

Ərəb ölkələri Ukraynadakı münaqişənin həllindən danışıblar

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏŞ) Ukraynadakı münaqişənin siyasi həllinə çağırıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə təşkilatın baş katibi Casim əl-Budaivi bildirib.

“Biz bir daha təsdiq edirik ki, böhranın daha da gərginləşməsinin qarşısını almaq üçün siyasi həll bu münaqişənin həllinin yeganə yoludur”, - deyə baş katib bildirib.

Əl-Budaivi əlavə edib ki, Körfəz Əməkdaşlıq Şurası mövcud vəziyyətin həllinə yönələcək istənilən təşəbbüsləri alqışlayır.

Seçilən
37
operativmm.az

1Mənbələr