AZ

İrəvan 50 illik xəritəni açdı, Bakı yanaşmanı dəyişdi – Sərhəddə kritik gəlişmə

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədin demarkasiyası prosesində yenilik ola biləcəyini deyib. Lakin o, təfərrüatları açıqlamayıb.

Bununla belə, yaxın zamanda demarkasiya komissiyalarının iclasının keçirilməsi və prosesin davam etdirilməsi gözlənilir. Mirzoyanın mesajı işğalda olan və son zamanlarda erməni siyasətçilər arasında ciddi müzakirə edilən 4 kəndin qaytarılması məsələsini gündəmə gərtirib.

XİN başçısı yenilik dedikdə nəyi nəzərdə tutur? Sərhəddə proses bundan sonra necə davam edəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev bildirib ki, son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər nazir Ararat Mirzoyan Azərbaycanla münasibətlərə dair pozitiv açıqlamalar verirlər:

“Mirzoyan Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı müəyyən yeniliklərin olduğunu qeyd edib. Artıq iki ölkə arasında 13 kilometrlik ərazinin delimitasiya prosesi başa çatıb, demarkasiya işləri isə davam edir. Bu prosesin növbəti mərhələlərinin həyata keçirilməsi gözlənilir. Azərbaycanın hələ də işğal altında dörd kəndi qalır və bu məsələnin həlli mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiq müəyyənləşdirilməsi mərhələsi başlayacaq. Bu prosesin hansı əsaslarla aparılacağı da maraq doğurur. Ermənistan tərəfi 1975-ci il xəritəsinə istinad edir. Rəsmi Bakının isə məsələyə dair öz arqumentləri və baxış bucağı var. Əsas mövzu prinsipin müəyyənləşdirilməsidir”.

İrəvan
Əli Mustafayev

Siyasi şərhçi qeyd edib ki, uzun illər ərzində Azərbaycan əraziləri süni şəkildə kiçildilib, Ermənistanın ərazisi isə tədricən genişləndirilib:

“Bu dəyişikliklərin bir hissəsi rəsmiləşdirilib, digər hissəsi isə hələ də hüquqi əsaslarla təsdiqlənməyib. Hətta bəzi hallarda icarə müqavilələri də imzalanıb. Belə məsələlər tam dəqiqliklə araşdırılmalı və yekun nəticəyə gəldikdən sonra sərhədlərin çəkilməsi prosesinə başlanılmalıdır. Hazırda tərəflər arasında intensiv müzakirələr aparılır. Lakin reallıq budur ki, sərhədlərin müəyyənləşməsi olduqca mürəkkəbdir və uzun illər tələb edə bilər. Bunu Çin və Hindistan arasında hələ də davam edən gərginliyin nümunəsində də görmək mümkündür”.

Seçilən
6
1
turkustan.az

2Mənbələr