TBİLİSİ, 11 sentyabr. TELEQRAF
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının siyasi şurasının rəhbəri Levan Xabeişvili saxlanılıb.
Teleqraf-ın yerli Gürcüstan xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Müxalifətçinin Tbilisidə “Formula” telekanalının binası yaxınlığında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.