AZ

Xalq və Əməkdar artistləri Kərimi təhdid edib — VİDEO

Müğənni Kərim Abasov aparıcısı olduğu “Meqa Şou” verilişində qalmaqallı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, sənətçi bəzi Xalq və Əməkdar artistlərin onu polis və məhkəmə ilə hədələdiyini bildirib:

"Bu yaxınlarda Xalq və Əməkdar artistləri efirə biyabırçı şəkildə mahnı oxumuşdular. Mən də bu barəsə fikrimi yazmışdım. İnsandır, hamı çaşa bilər, amma bununla barışmaq lazımdır. Fikrlərimə görə həmin şəxlər məni polis və məhkəmə ilə təhdid etdilər. Nə gündə oxuyurlarsa, savadları da o gündədir. Bir az savadınızı artırın. Bu cür savadsız ifaya nə polis, nə də məhkəmə baxır. Sizin tələbələriniz var. Bu cür ifalar sizə yaraşmır". pizza mizza

Onun sözlərinə görə, sənət müstəvisində tənqidə dözümsüz yanaşmaq düzgün hal deyil.

Xatırladaq ki, bir müddət əvvəl müğənni, Xalq artisti Samir Cəfərov və əməkdar artist Təyyar Bayramovun “Həmin Zaur” verilişindəki canlı ifalarını sosial media hesabında paylaşaraq ələ salmışdı. Bu addım isə həm sənətçilər, həm də onların pərəstişkarları tərəfindən birmənalı qarşılanmamışdı.
 

Seçilən
17
3
demokrat.az

4Mənbələr