AZ

Bakıda lyuk qapaqları və yağış barmaqlıqları DƏYİŞDİRİLƏCƏK

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti paytaxtın infrastrukturunun yaxşılaşdırılması üçün yeni tender elan edib.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, layihə çərçivəsində lyuk qapaqları, yanğın hidrantları və yağış barmaqlıqlarının satın alınması nəzərdə tutulur.

Məlumata görə, ümumi dəyəri 461,6 min manata yaxın olan satınalma prosesində müxtəlif texniki tələblərə cavab verən avadanlıqlar təmin ediləcək. Sezar pizza

Tenderin məqsədi paytaxt küçə və prospektlərində su-kanalizasiya sistemlərinin təhlükəsizliyini artırmaq, yağış sularının axıdılmasını yaxşılaşdırmaq və yanğın təhlükəsizliyi ilə bağlı infrastrukturun gücləndirilməsidir.


Telegram kanalımız
Seçilən
2
2
yenisabah.az

3Mənbələr