AZ

Şəhidlər xiyabanında baş verənlərə komitə sədrindən Reaksiya

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şəhidlər xiyabanı ilə bağlı fikirlər səsləndirildi. Təbii ki, bu məsələ ayrı-ayrı ölkələrdə fərqli tənzimlənir”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fazil Mustafa deyib.

“Bu, icra xarakterli məsələdir. Buna hansısa bir şəkildə prosedur müəyyən etməyimiz çətindir. Şəhidlər xiyabanı bir deyil, hər şəhərdə var. Bunu xüsusi bir qanunla hansısa bir şəkildə məhdudlaşdırma gətirəndə problem çıxacaq. Bunu insanların mənəvi məsələsi kimi turistlərə başa salmaq daha doğru olar. Hər şeyə dövlətin qadağa, giriş-çıxış məhdudiyyəti qoyması ora ucalıq qazandırmır. Buna cəmiyyət ucalıq qazandırsa yaxşıdır”, - deyə komitə sədri bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Bakıya turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb. Yayılan görüntülərdə ərəblər qəbuledilməz hərəkətlər ediblər. Həmin şəxlər polis tərəfindən saxlanılıb və cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
7
news24.az

9Mənbələr