AZ

Sabah ın yeni futbolçusu Fransa millisinin sabiq ulduzunun oğlu imiş

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, "Sabah" Aaron Maludanı Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.

Maluda Fransanın "Lion" klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində "Lill", "Renn" və "Nim" klublarının ikinci və əsas komandalarında oynayıb.Vinger mövqeyində çıxış edən Aaron, Fransanın U-19 millisinin də üzvü olub.

Qaynarinfo xəbər verir ki, Aaron Maluda Fransa millisinin və İngiltərənin "Çelsi" klubunun əfsanəsi Floran Maludanın oğludur.

Floran Maluda karyerası ərzində Fransanın "Şatoru", "Genqam", "Lion", "Metz", İngiltərənin "Çelsi, Türkiyənin "Trabzonspor", Hindistanı "Delhi Dinamos", Misirin "Vadi Deqla" və "Differdange" klublarında çıxış edib.

2018-ci ildə karyerasını bitirən 45 yaşlı veteran futbolçu "Lion"la Fransa çempionluğunu (4 dəfə) və Fransa Super Kubokunu (3), "Çelsi" ilə İngiltərə çempionluğunu (1), Federasiya Kubokunu (3), Super Kubokunu (1) qazanıb, 2011/12 mövsümündə Çempuinlar Liqasının qalibi, 2007/08 mövsümündə isə gümüş medalçısı olub.

Floran Maluda 2004-2012-ci illərdə Fransa millisində 80 oyun keçirib və 9 qol vurub. O, DÇ-2006-nın finalında oynayıb.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
qaynarinfo.az

2Mənbələr