Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ölkənin təhlükəsizliyinin əsas zəmanətidir.
“İki sahil” "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, o, bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
"Ən güclü təhlükəsizlik zəmanəti və Rusiyanın strateji məğlubiyyətinin ən güclü nümunəsi Ukraynanın Aİ-yə üzvlüyüdür. Mənim fikrimcə, bu, göründüyündən daha tez baş verəcək. Əgər biz Rusiya Prezidenti Vladimir Putinin məğlubiyyətini istəyiriksə, Ukraynanın tamamilə avropalı olması lazımdır", - A.Stubb vurğulayıb.