AZ

Küçə itləri sürü HALINDA, valideynlər TƏŞVİŞDƏ – Qurumlar məsuliyyətdən niyə yayınır? – VİDEO

Xəzər rayonu Qışlaq adlanan yaşayış ərazisində küçədə sahibsiz itlər dolaşır. Dərslərin başlamasına az qalmış valideynlər ərazidə sürü ilə gəzən itlərin onların övladlarına hücum edəcəyi, yaşana biləcək xoşagəlməz hadisələrdən narahatdırlar.

Bizim.Media-ya müraciət edən sakinlər küçə itlərinin axtalanması, yemlənməsi, peyvəndlənməsinə heç kimin cavabdehlik daşımamasını bildiriblər.

Bəs bütün canlılar kimi təbiətdə yaşamaq haqqı olan itlərin zərərvericiyə çevrilməməsi üçün hansı addımlar atılır?

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, küçə itləri ilə bağlı məsələ onların səlahiyyətində deyil.

Qeyd edilib ki, bununla heyvanlara qayğı mərkəzləri məşğul olur. Həmin mərkəzlərə onlar özləri müraciət edirlər.

Qurumdan sakinlərin özlərinin də müraciət edə bilməsi vurğulanıb.

Qeyd edək ki, sahibsiz itlərlə konkret hansı qurumun məşğul olduğu bəlli deyil. Əvvəllər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti daxilində mövcud olan Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi ləğv edilib. Yəni hazırda sahibsiz heyvanların haqlarını müdafiə öhdəliyini hansı qurumun daşıdığı bəlli deyil. Lakin heyvanların qısırlaşdırılması, tibbi müayinəsinin aparılması və heyvan sığınacaqlarının təşkili yeli icra hakimiyyətləri və bələdiyyələrin sərəncamındadır.


Günay Şahmar, Bizim.Media

 

Seçilən
6
1
bizim.media

2Mənbələr