AZ

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən “PAŞA Holding” aztəminatlı ailələrin uşaqlarını məktəbli ləvazimatları ilə təmin etməyə başlayıb.

Şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda ünvanlı dövlət sosial yardımı alan 12900-dən çox ailənin yeni tədris ilində 1-ci sinfə gedəcək övladlarını məktəbli ləvazimatları ilə təmin etməyi nəzərdə tutur. Bu təşəbbüs ilk dəfə məktəb həyatına qədəm qoyan uşaqlar üçün təhsilə daha bərabər imkanlar yaratmaqla yanaşı, sosial rifahın dəstəklənməsi və aztəminatlı ailələrin üzləşdiyi maliyyə yükünün azaldılmasına yönəlib.

“PAŞA Holding” KSM tərəfindən təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılır.

Layihə “PAŞA Holding”in cəmiyyətə dəyər yaratma və inklüziv inkişafı təşviq etmə prinsipinə uyğun olaraq həyata keçirilən davamlı sosial layihələr silsiləsinin bir hissəsidir.

PAŞA Holding Sosial Xidmətlər Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aztəminatlı ailələr Məktəbli ləvazimatları Tədris ili Bakı Regionlar 1-ci sinif Təhsil Sosial rifah Maliyyə yükünün azaldılması Çanta Məktəbli forması Zəruri ləvazimatlar Cəmiyyətə dəyər yaratma İnklüziv inkişaf Davamlı sosial layihələrPAŞA Holding Sosial Xidmətlər Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aztəminatlı ailələr Məktəbli ləvazimatları Tədris ili Bakı Regionlar 1-ci sinif Təhsil Sosial rifah Maliyyə yükünün azaldılması Çanta Məktəbli forması Zəruri ləvazimatlar Cəmiyyətə dəyər yaratma İnklüziv inkişaf Davamlı sosial layihələr
Seçilən
8
3
marja.az

6Mənbələr