AZ

Paşinyanın Kanadada 17 milyonluq malikanəsi üzə çıxdı - FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyanın Kanadada 17 milyon dollara dəbdəbəli bir malikanə aldığı iddia olunur.

Gundem.az xəbər verir ki, bu barədə "Times of Canada" nəşri məlumat yayıb.

Toronto şəhəri yaxınlığında yerləşən və Fransız şatosu üslubunda tikilmiş "Müqəddəs Georgi" malikanəsi 2024-cü ilin sonunda 17,1 milyon dollara satılıb.

Araşdırmalar göstərib ki, villanın alışı Paşinyanın adını gizlətmək üçün vasitəçi şirkət və erməni əsilli kanadalı aktrisa, hüquq müdafiəçisi Arsinee Xanjian vasitəsilə həyata keçirilib. 2600 kvadratmetrlik malikanədə altı yataq otağı, 10 vanna otağı, qapalı hovuz, idman zalı və beş qaraj var, həmçinin "The Boys" serialının çəkilişləri üçün istifadə edilib.

Kanadanın daşınmaz əmlak dairələrindəki mənbələr təsdiqləyib ki, Paşinyan adından məhz Xandjyan vasitəçi kimi çıxış edib, hüquqşünaslar tutaraq ofşor şirkət yaradıb, satıcının agentləri ilə əlaqəni özü qurub və bütün sənədləşməni elə təşkil edib ki, izlər birbaşa İrəvana aparmasın.

"Müxalifət lideri olduğu dövrdə Paşinyan korrupsiya və oliqarx sisteminə qarşı çıxırdı. Onun siyasi kimliyi yeni, ədalətli və xalqa yönəlmiş Ermənistan vədi üzərində qurulmuşdu. İndi isə sual yaranır: bu 17,1 milyon dolların mənşəyi haradandır və Paşinyan rəsmi şəkildə heç vaxt getmədiyi Kanadada bu qədər dəyərli əmlakı niyə alıb?" - deyə nəşr sual edib.

 

Seçilən
15
1
gundem.az

2Mənbələr