AZ

Dünyanın ən bahalı YAXTASI hərraca çıxarıldı

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ hökuməti rusiyalı oliqarx Süleyman Kərimova aid olduğu iddia edilən "Amadea" adlı super yaxtanı açıq hərraca çıxarıb.

BAKU.WS xəbər verir ki, 106 metr uzunluğunda olan yaxta hovuz, helikopter meydançası, səkkiz lüks yataq otağı, sauna, kinozal və şərab zirzəmisi ilə diqqət çəkir. 2017-ci ildə inşa edilən və o vaxt 325 milyon dollar dəyərində qiymətləndirilən "Amadea"ya ABŞ 2022-ci ildə 230 milyon dollar dəyər biçmişdi.

Yaxta həmin il Fiji yaxınlığında ABŞ Ədliyyə Nazirliyinin "KleptoCapture" qrupu tərəfindən müsadirə olunmuşdu. Bu qrup Rusiya-Ukrayna müharibəsindən sonra rus oliqarxlarının əmlaklarını izləmək və müsadirə etmək üçün yaradılmışdı.

Sahibliklə bağlı məhkəmə davam etsə də, ABŞ məhkəməsi yaxtanın hökumətə məxsus olduğuna dair qərar verib. Hazırda "Amadea" San Dieqoda saxlanılır və Fraser Yacht şirkətinin vasitəçiliyi ilə satışa çıxarılıb.

Ekspertlər bildirirlər ki, hüquqi prosedurlar səbəbindən yaxtanın real satış qiyməti əvvəlki dəyərindən xeyli aşağı ola bilər və satış illərlə uzana bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
baku.ws

2Mənbələr