Xocavənd rayonunun Hadrut qəsəbəsinə "Böyük Qayıdış" başlayır.
Modern.az-ın məlumatına görə, sabah qəsəbəyə ilk köç yola salınacaq.
Əsasən respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr qəsəbəyə köçürüləcək.
Xatırladaq ki, Hadrut qəsəbəsi 8 oktyabr 2020-ci ildə işğaldan azad edilib.