AZ

ABŞ də öldürülən siyasətçinin son paylaşımı FOTO

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

ABŞ-li fəal Çarli Kirk qətlə yetirilməzdən bir gün əvvəl sosial şəbəkədə son paylaşımını ABŞ metrosunda bıçaqlanaraq öldürülən ukraynalı qaçqın İrina Zarutskayaya həsr edib.

Milli.Az xəbər verir ki, o, cinayəti Demokratların yumşaq siyasətinin nəticəsi kimi qiymətləndirib:

Güllələnən siyasətçi Çarli Kirk kimdir - DOSYE

"Əgər biz dəyişikliklər istəyiriksə, o zaman İrina Zarutskayanın mənasız qətlini 100% siyasiləşdirməliyik, çünki məhz siyasət imkan verib ki, daha əvvəl 14 cinayət törətmiş vəhşi canavar azadlıqda qalsın və onu öldürmək üçün küçəyə çıxsın", - deyə Kirk yazıb.

Qeyd edək ki, Çarli Kirk bir gün əvvəl, sentyabrın 10-da Yuta ştatında universitetdə çıxış edərkən güllələnib və xəstəxanada ölüb. 

Xatırladaq ki, günlər əvvəl Ukraynada müharibədən qaçan qadın ABŞ metrosunda vəhşicəsinə qətlə yetirilib. Bu cinayət dünya mediasında böyük rezonans doğurub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
2
news.milli.az

3Mənbələr