Xalq artisti Məleykə Əsədova efirdə təsirli anlar yaşayıb.
Far.Az xəbər verir ki, "Günə Uğurla" verilişinə qonaq olan aktrisa valideynlərinin vəfatından danışarkən kövrəlib.
Əsədovanın bu halını görən aparıcı və qonaqlar da kövrək anlar yaşayıblar.
Xatırladaq ki, Xalq artistinin anası 2004-cü ildə dünyasını dəyişib. Atası isə aktrisanın 17 yaşı olanda vəfat edib.