AZ

Saakaşvilinin partiyasının keçmiş rəhbəri saxlanılıb

Gürcüstanda hüquq-mühafizə orqanları sabiq prezident Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Levan Xabeişvilini saxlayıb. O, oktyabrın 4-də hökumət çevrilişi etməyi planlaşdırırdı.

Ucnoqta.az xəbər verir ki, bu barədə müxalif “Formula” telekanalının direktoru Mixeil Mşvildadze məlumat verib.

Mşvildadzenin sosial şəbəkələrdə yayımladığı kadrlarda Xabeişvilinin öz binasının girişində, ehtimal ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması, sonra onu avtomobilə mindirərək oradan uzaqlaşdırılması göstərilir.
Mşvildadzenin sözlərinə görə, Xabeişvili Formula telekanalının yerləşdiyi binanın girişində saxlanılıb.

Xabeişvilinin saxlanması faktını DTX digər müxalif telekanal olan “TV Pirveli”yə də təsdiqləyib.

Seçilən
1
ucnoqta.az

1Mənbələr