AZ

Ayın qolu: 2025/26 mövsümünün ilk qalibi bəlli oldu - Video

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə “Ayın qolu” layihəsinin ilk qalibinin adını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Şamaxı”nın futbolçusu Dioqo Balaunun dəqiq zərbəsi avqust ayının ən yaxşı qolu seçilib. O, Premyer Liqanın 2-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunda baxımlı qola imza atmışdı. Amma bu qol onun komandasını məğlubiyyətdən (1:2) xilas etməyib.

Dioqo Balau “Şamaxı”ya cari mövsümün əvvəlində cəlb edilib. Portuqaliyalı forvard əyalət klubunun heyətində 3 oyuna çıxıb, 1 qola imza atıb.

Qeyd edək ki, PFL Premyer Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

error: Məzmun qorunur!
Seçilən
16
3
arena.az

10Mənbələr