AZ

IFFHS dünya reytinqi: “Qarabağ” ilk 100 lükdə, 4 Azərbaycan klubu siyahıda

Dogru.az saytına istinadən ain.az xəbər verir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Doğru.az xəbər verir ki, 506 komandanın yer aldığı siyahıda Azərbaycanın 4 təmsilçisi də var. Onlardan ən yaxşı nəticəni “Qarabağ” göstərib – 38 pillə irəliləyən Ağdam klubu (154,75 xal) hazırda 96-cı yerdə qərarlaşıb.

Digər təmsilçilərdən “Sabah” (79,25 xal) 38 pillə geriləyərək 302-ci, “Araz-Naxçıvan” (70,25 xal) 8 pillə irəliləyərək 355-ci, “Zirə” (68 xal) isə 274-cü yerdən 380-ci pilləyə enib.

Qeyd edək ki, dünya reytinqinə Fransanın PSJ klubu (543 xal) başçılıq edir.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
5
dogru.az

10Mənbələr