AZ

İskəndərunda şəhid olan əsgərlər və Suriyada son durum - MSB məlumat verdi

Milli Müdafiə Nazirliyi (MSB) İskəndərunda şəhid olan hərbçilərin ölüm səbəbləri və Suriyadakı son durumla bağlı açıqlama yayıb.

News365.az xəbər verir ki, Nazirliyin verdiyi məlumata görə, şəhid olan şəxslərin vəfatı “uzun müddət günəş altında qalmağa bağlı bədən hərarətinin yüksəlməsi (hipertermi) və inkişaf edən komplikasiyaları nəticəsində” baş verib.

MSB-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri Tuğamir Zeki Aktürk şəhidlərin vəziyyəti ilə bağlı həftəlik mətbuat konfransında bildirib ki, İskəndərun Dəniz Əsgər Təlim Alay Komandanlığında 25 iyul 2025-ci ildə şəhid olan hərbçilərlə bağlı inzibati araşdırma və tibbi ekspertiza hesabatları tamamlanıb. İdarə, hadisədə məsuliyyəti ola biləcək şəxslərlə bağlı inzibati və disiplin tədbirlərinin davam etdiyini açıqlayıb. Hüquqi proseslər isə İskəndərun Baş Prokurorluğu tərəfindən aparılır.

İddialar əsassızdır

İsrailin Suriya və Qətərdəki hücumları ilə bağlı sualları cavablandıran MSB mənbələri bildirib ki, bu hücumlar beynəlxalq hüquqa ziddir və hər iki ölkənin suverenlik hüquqlarına təcavüzdür. Eyni zamanda, Suriyada Türkiyə Silahlı Qüvvələrinin varlığı ilə bağlı yayılan xəbərlər və iddialar əsassızdır. Nazirlik vətəndaşları yalnız rəsmi mənbələrə etibar etməyə çağırıb.

Suriya ilə əməkdaşlıq davam edir

MSB mənbələri qeyd edib ki, Suriya hökuməti ölkədə sabitliyi təmin etmək üçün yenidənqurma işlərini davam etdirir. 13 avqust 2025-ci il tarixində Ortak Təlim və Məsləhətləşmə Müqaviləsi imzalanmasından sonra Suriya Silahlı Qüvvələrinin yenidən qurulması və müdafiə qabiliyyətinin artırılması istiqamətində təlim, məsləhət və texniki dəstək fəaliyyətləri sürətləndirilib.

Qeyd edək ki, İskəndərunda yeddi əsgər yüksək hərarət şikayəti ilə xəstəxanaya yerləşdirilmiş, müalicə olunanlardan ikisi şəhid olmuşdu.

News365.az 

Seçilən
6
news365.az

1Mənbələr