Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze tutulub.
APA xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Sabiq nazirin korrupsiyaya görə saxlanıldığı bildirilir.
Qeyd edək ki, Burçuladze 2021-2024-cü illərdə Gürcüstanın müdafiə naziri və "Gürcü Arzusu"nun üzvü olub.