AZ

Növbəti ildən ali məktəblərdə bu ixtisaslar tədris edilsin

Müasir dövrün çağırışları və əmək bazarının dinamikası bizdən təhsil sistemində çevik və innovativ yanaşmalar tələb edir. Elmi və texnoloji tərəqqi elə sürətlə gedir ki, klassik ixtisaslar artıq tələbatı tam qarşılamır. Bu baxımdan təklif edirəm ki, növbəti tədris ilindən etibarən ali məktəblərdə innovativ ixtisasların təşkili və inkişafı məsələsinə diqqət yetirilsin.

Publika.az xəbər verir ki, bu sözləri deputat Fatma Yıldırım Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxışı zamanı söyləyib.

Millət vəkili bildirib ki, Azərbaycan artıq yaşıl enerji zonalarına keçid prosesini uğurla həyata keçirir:

"Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaşıl enerji məkanı kimi müəyyən olunub. Bu o deməkdir ki, biz gələcəkdə bu sahədə həm daxili, həm də beynəlxalq əməkdaşlıq baxımından böyük potensiala malikik. Lakin diqqət yetirməli olduğumuz əsas məqam budur ki, bütün bu texnoloji və strateji keçidlərə uyğun olaraq, insan kapitalı da bu dəyişikliklərə uyğun formalaşmalıdır. Yeni çağırışlar yeni ixtisaslar tələb edir. Buna görə də hesab edirəm ki, ali məktəblərdə və ixtisaslaşmış kollec səviyyəsində aşağıdakı yeni ixtisasların tədrisi zəruridir:

- İqlim hüququ (Climate Law) – iqlim dəyişikliyi ilə bağlı qlobal mübarizədə hüquqi baza formalaşdırmaq üçün;

- Süni intellekt etikası (AI Ethics) – texnologiyanın sürətli inkişafı fonunda etik tənzimləmələrə olan ehtiyac səbəbilə;

- Yaşıl iqtisadiyyat (Green Economy) və bərpa olunan enerji mühəndisliyi (Renewable Energy Engineering) – enerji təhlükəsizliyi və ekoloji sabitlik naminə;

- Ağıllı kənd təsərrüfatı (Smart Agriculture) – kənd təsərrüfatının texnoloji əsaslarla modernləşdirilməsi üçün;

Seçilən
62
1
publika.az

2Mənbələr