AZ

Daha bir xəstəxanada antibiotikdən ölüm

Azərbaycanda antibiotiklərdən ölüm halları artıb.
Son 10 gündə rəsmi məlum olan 2 ölüm faktı var.
NOCOMMENT.az xəbər verir ki, bu dəfə Xaşmaz rayon xəstəxanasında pasiyent ölüm hadisəsi qeydə alınıb.
Qaraçı kənd sakini 45 yaşlı Rahim Tarıyel oğlu Məmmədov xəstəxanada antibiotik iynəsindən sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki,bu həftə Abşeron xəstəxanasında da kişi antibiotik sınaq inyeksiyasından sonra ölmüşdü.
TƏBİB məsələ ilə bağlı hər hansı rəy verməyib.
Məsələ ilə bağlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 45 yaşlı şəxs antibiotikdən deyil, xəstəlikdən vəfat edib.
Hansı xəstəlikdən öldüyü barədə isə detallar açıqlanmayıb.\\”Medicina”
Seçilən
17
3
nocomment.az

5Mənbələr