AZ

Nazir MİQ imtahanlarının ödənişli olmasına münasibət bildirib

Müəllimlərin işə qəbul imtahanında (MİQ) qiymətlər simvolik və xərcləri qarşılamaq üçün təyin ediləcək.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə MİQ imtahanlarının ödənişli olması ilə bağlı sualları cavablandırarkən deyib.
O bildirib ki, bəzi şəxslər imtahanda iştirak üçün qeydiyyatdan keçir, amma imtahana gəlmir: “Qiymət bazara uyğun olacaq. Bəzi şəxslərə bu imtahan pulsuz olacaq. Məqsəd pul toplamaq deyil, məsuliyyət yaratmaqdır. İmtahanda iştirak üçün 60 minə yaxın müraciət daxil olurdu, amma onlardan 48 mini gəlirdi.  Beləcə biz imtahana gəlməyən şəxs üçün kifayət qədər xərc çəkmiş oluruq. 12 min şəxsin gəlməməsi onlara ayrılmış texniki resursun istifadə olunmaması deməkdir”.
Nazir əlavə edib ki, MİQ imtahanı hamı üçün ödənişli olmayacaq -ilk dəfə iştirak edənlər, şəhid ailələrinin üzvləri və digər imtiyazlı şəxslər üçün imtahan ödənişsiz olacaq.
Seçilən
3
3
yenilik.az

5Mənbələr