AZ

"Kristal"ın "Premium" lotereyasının qalibləri bəlli oldu!

"Kristal"ın "City Garden Narimanov" layihəsində həyata keçirilən "Premium" adlı stimullaşdırıcı lotereyası başa çatıb.


27 fevral - 1 sentyabr tarixlərini əhatə edən lotereyada layihədən mənzil və ya obyekt əldə edən hər bir şəxs iştirak hüququ qazanıb. Lotereyanın nəticələri 11 sentyabr tarixində "City Garden Narimanov"un satış ofisində (Nərimanov rayonu, Xəzri küçəsi) keçirilən tədbirdə elan edilib. Qaliblər təsadüfi seçim yolu ilə müəyyən olunub və proses "Kristal"ın rəsmi sosial media hesablarında canlı yayımlanıb.


Ümumilikdə 28 iştirakçı müxtəlif hədiyyələrin sahibi olub:

- Bir nəfər "Porsche Taycan" elektromobili;

- İki nəfər Maldiv adalarına 7 gecə, 8 günlük, 2 nəfərlik tətil paketi;

- Bir nəfər "City Garden Narimanov"da qaraj;

- Dörd nəfər "iPhone 16 Pro";

- On nəfər "Samsung 4K" televizor;

- On nəfər "Xiaomi 4 Lite" elektrikli skuter.



Qaliblərin siyahısı "Kristal"ın sosial media kanallarında paylaşılıb.

Ətraflı: *1544

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi.

kristal.az





Seçilən
25
17
news24.az

10Mənbələr