AZ

"Maklaren" Yaponiya bazarı üçün xüsusi seriyalı modelini təqdim edib - FOTOLAR

"Maklaren Automotive" şirkəti “750S” modelinin xüsusi buraxılışı olan "Maklaren" 750S JC96 avtomobilini təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, yeni versiya brendin 1996-cı ildə Yaponiya Qran-Turinq Çempionatındakı (JGTC) qələbəsinə ithaf olunub.

Model "Maklaren" 750S əsasında hazırlanıb və "MSO High Downforce Kit" aerodinamik paketi ilə təchiz edilib. Bu paket avtomobilin aerodinamik dayanıqlığını 10 faiz artırır. 750S JC96 həm kupе, həm də spayder (açıq tavanlı) kuzovlarında təqdim ediləcək. Bu, HDK paketi ilə təchiz olunan ilk spayder versiyasıdır.

Avtomobilin dizaynında əsas yeniliklərdən biri "Maklaren" F1 GTR Longtail yarış avtomobilindən ilhamlanaraq hazırlanan 15 şaxəli ultra yüngül döymə disklərdir. Eyni zamanda, xüsusi tərtibat və unikal rəng palitrası ilə fərqlənir.

Yeni model 4,0 litrlik, ikiqat turbo ilə təchiz olunmuş M840T mühərriklə çalışır və 750 at gücünə malikdir. İstehsalçı sürət göstəricilərini açıqlamayıb, lakin baza model olan "Maklaren" 750S 0-dan 100 km/saata 2,8 saniyəyə sürətlənə bilir və maksimal sürəti 332 km/saata çatır.

Cəmi 61 ədəd "Maklaren"750S JC96 istehsal ediləcək və bu model yalnız Yaponiya bazarı üçün nəzərdə tutulub. Say məhdudiyyəti təsadüfi deyil – məhz 61 nömrəli bolidlə JGTC 1996 mövsümündə McLaren qalib olmuşdu.

Seçilən
3
90deqiqe.az

1Mənbələr