AZ

Fərhad Vəliyev: "Adlı-sanlı məşqçi idi, amma millimizdə işi alınmadı, uğursuz oldu"

"Fernandu Santuş Portuqaliya yığmasının baş məşqçisi olub və orda nəticə verib".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Fərhad Vəliyev deyib.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq qapıçısı Fernandu Santuşun yığmanın baş məşqçi postundan istefaya göndərilməsinə münasibət bildirib: "Santuş son klubu "Beşiktaş"dan ayrılan kimi AFFA rəhbərliyi düzgün olaraq onu milli komandaya dəvət etdi. Yəni, adlı-sanlı məşqçi idi, amma millimizdə işi alınmadı, uğursuz oldu. Bundan sonra isə AFFA rəhbərliyi onu istefaya göndərdi. Yeni baş məşqçinin yerli, yoxsa əcnəbi olacağını federasiya rəhbərliyi seçəcək. Mütəxəssislərin fikirini mediadan oxuyuruq ki, yığmanın baş məşqçisi yerli olsa, daha yaxşı olar. Təbii ki, son qərar rəhbərliyindir".

44 yaşlı mütəxəssis, hazırda "Zirə"nin qapıçılar üzrə məşqçisi olan Vəliyev Misli Premyer Liqasının ilk 3 turunu dəyərləndirib: "Çempionatda 3 tur geridə qalıb. İlk turlardan görünür ki, gərgin mövsüm olacaq. Komandalar yetəri qədər legioner futbolçu dəvət edib. İndidən çempionluğun hansı komandalar arasında gedəcəyini demək çətindir. Düzdür, əsas favoritlərdən biri "Qarabağ"dır. İllərdir çempionata dominantlıq edir. Digər iddialı komandalar da bu mübarizəyə qoşulmağa cəhd göstərəcəklər".

Qeyd edək ki, Fernandu Santuş ötən ilin iyununda Azərbaycan millisinin baş məşqçi postuna təyin olunmuşdu. AFFA portuqaliyalı mütəxəssislə müqaviləyə bu gün qarşılıqlı şəkildə xitam verib.

İdman.biz

Seçilən
0
2
idman.biz

3Mənbələr