Gürcüstanın təhlükəsizlik qüvvələri keçmiş müdafiə naziri Xuanşer Burçuladzeni vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə TASS Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) istinadən məlumat yayıb.
“Vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda gəlir əldə etməklə müşayiət olunan qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktına görə, keçmiş müdafiə naziri Xuanşer Burçuladze məhkəmənin qərarı əsasında saxlanılıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Burçuladze 2021-ci il fevralın 22-dən 2024-cü il fevralın 8-dək nazir vəzifəsində çalışıb.