AZ

Bələdiyyə sədrinə stop qoyuldu: Pul yoxdur, maaş almırıq...

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Quba rayonunun Hacıhüseynli bələdiyyəsinin sədri Kamilov Azər Nurulla oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, sözügedən bələdiyyənin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə ümumilikdə 20908 manat 48 qəpik vergi borc yaranıb. İdarə tərəfindən bələdiyyə sədrinin ölkədən çıxışı məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilib.

Azər Kamilov 2022-ci ildən Hacıhüseynli bələdiyyəsinin sədri vəzifəsində olduğunu deyib. 2010-cu ildə 8 kəndin bələdiyyəsi birləşib:

"Bələdiyyənin hesabında pul yoxdur. Sonuncu dəfə ötən ilin iyun ayında əmək haqqı almışıq. Vergi ödənişləri zamanında toplanmadığı üçün borc yaranıb. Hamı vaxtında ödəniş etsə, hesaba 80.000 manat mədaxil olmalıdır".

O, borcu qəbul etmədiyi üçün iddianın təmin olunmamasını xahiş edib. 

Məhkəmənin qərarı ilə Azər Kamilovun vergi öhdəlikləri tam yerinə yetirildiyi müddətə kimi ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb. 

Qeyd edək ki, Azər Kamilov rəhbəri olduğu bələdiyyə ərazisi Quba rayonun ən yaxşı turizm imkanları olan yerdir.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
2
qaynarinfo.az

3Mənbələr